HTC-nin yeni yuxarı seqment telefonu: HTC U 11

16 mayda təqdimatı olacaq HTC U 11-in reklam videosu yayıldı!
HTC bir sonrakı yuxarı seqment smartfonunu 16 may tarixində təqdim edəcəyini təsdiqləyib. Bu cihaz HTC U 11 adlandırılacaq. Lakin telefonun nə vaxt satışa çıxacağı və qiyməti haqqında hələ ki, bir məumat yoxdur. Taylandın texnologiya nəhəngi HTC yeni smartfonu haqqında çox az məlumat verib, ancaq deyilənlərə görə U 11-in kənarları toxunuşları xüsusi əməliyyatlara çevirən hissiyatlı materialdan hazırlanacaq. Şirkət yayımladığı reklam videosunda da bunu izah etməyə çalışıb.



HTC U 11 hansı özəlliklərə sahib olacaq?

HTC U 11 4GB RAM, 64GB daxili yaddaş və Qualcomm-un Snapdragon 835 prosessoruna sahib olacaq. Həmçinin, smartfonda Quad HD (2560 x 1440 piksel) keyfiyyətində 5,5 düymlük ekranın yer alacağı deyilir. Batareyasının həcmi 4000 mAh olacaq telefonun qara, ağ, mavi, qırmızı və gümüşü olmaqla 5 rəngdə satışa çıxması gözlənilir.