HTC 10 evo rəsmi olaraq tanıdıldı!

Telefon HTC Bolt modelinin bütün xüsusiyyətlərini özündə əks etdirir. Sprint operatoruna xüsusi olaraq təqdim edilən HTC Bolt modelinin HTC 10 evo adıyla qlobal olaraq satıla biləcəyi haqqındakı məlumatlar nəhayət özünü doğrultdu və şirkət HTC 10 evo modelini rəsmi olaraq tanıtdı . HTC 10 evo xüsusiyyətləri
HTC Bolt modelindən heç bir fərqi olmayan Telefon iPhone 7 kimi 3.5 mm qulaqlıq girişinə sahib deyil . İstifadəçilər ya USB Type-C əlaqəsi və ya simsiz qulaqlıq istifadə etməlidirlər .


Dizayn olaraq HTC 10 modelinə çox bənzəyən HTC 10 evo 5.5 düym ölçülü ekranda Quad HD keyfiyyətinə sahibdir . Ekranda Corning Gorilla Glass 5 cızılmalara və zərbələrə qarşı şüşə texnologiyasının yer aldığını da ifadə edək. Təchizat tərəfində maraqlı bir seçim edən HTC bu modeldə ötən ilin üst səviyyə prosessoru olan Snapdragon 810-u istifadə edir. Cihazda bu prosessorla birgə 3 GB RAM, 32 GB daxili yaddaş, microSD kart dəstəyi və 3200 mAh batareya yer alır . Cihaz 16 MP-lik OIS dəstəkli arxa kamera və 8 MP-lik ön kameraya sahibdir .