Google-un yan şirkətindən geyiniləbilən yeni tibbi cihaz

Verily şirkəti biotexnologiya sahəsində yeni məhsulu üzərində işləyir.

2015-ci ildə Google da daxil olmaqla bir çox şirkətin birliyindən yaranmış Alphabet-in himayəsində olan Verily biotexnologiya şirkəti geyiniləbilən yeni cihazı ilə diqqətləri cəlb edib.

CNBC-də yayımlanan xəbərə əsasən, şirkət qan nümunəsi alabilən saat formasında cihaz üzərində işləyir. Üzərindəki mikro iynələr ilə işləyən bu cihaz qan nümunəsi almaq prosesini sürətləndirməklə bərabər, iynə fobiyası olan şəxslər üçün də faydalıdır. "Qanalma saatı" iynələri maqnit vasitəsilə hərəkət etdirir və qanalma prosesi zamanı ağrı hiss olunmur.

Hələlik prototip mərhələsində olan bu cihaz gələckdə ağıllı saat formasında satışa çıxarıla bilər. Bu yenilik müntəzəm şəkildə qan yoxlamasından keçməsi zəruri olan - şəkər xəstəliyi olan şəxslər üçün yararlı olacaq.