Google-un ağıllı pencəyi tezliklə satışda !



Google Levi's ilə birlikdə yaratdığı ağıllı pencəyi təqdim etməyə hazırlaşır . İstifadəçinin əl hərəkətlərini qəbul edə bilən sensoru olan pencək smartfon ilə birlikdə çalışır. Pencəklə zəng edə biləcəksiniz ! Məsələn sizə zəng gələndə pencəyə toxunaraq zəngi qəbul edə və ya təxirə sala bilərsiniz . Pencək istifadəçilərin ağıllı telefonlarındakı tətbiqlərlə birlikdə də istifadə edilə biləcək . Pencək həmçinin Google Maps , Spotify və mesaj xidmətləri ilə koordinasiyalı olaraq işləyə bilir. 2017də bazara çıxarılacaq ! Şirkətdən edilən şərhə görə işlərinə 2015-ci ildə başlanan ağıllı pencək 2017də bazara çıxarılacaq. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .