Google-un I/O 2018 konfransında təqdim edilən möhtəşəm yenilikləri

Google-un builki I/O konfransı əhəmiyyətli inkişaf və dəyişikliklərin təqdimatı ilə yadda qaldı.

Hər il təşkil edilən I/O adlı developerlər konfransında Google özünün bir çox yeniliyini təqdim edib. Ağıllı Köməkçi sizin yerinizə zəng edərək istədiklərinizi yerinə yetirə biləcək, elektron poçtları süni zəka yaza biləcək, xəritələr artıq artırılmış reallıq ilə görünə biləcək, yeni Android-dən istifadə oluna biləcək… Bunlar və digər dəyişikliklərin xülasəsini sizə təqdim edirik.

Developer üçün xüsusi təşkil edilmiş bu tədbir bir növ şirkətin bu il görəcəyimiz yeniliklərinin təqdimatını həyata keçirir. Mobil əməliyyat sistemi Android də daxil olmaqla, Google-un tətbiq və alətlərində vacib yeniliklər baş verib.

 

SÜNİ ZƏKA TELEFONA CAVAB VERƏCƏK

İlk yenilik Google Köməkçidə olub. Süni zəka əsaslı səsli köməkçi sizin yerinizə telefonu açaraq işinizi görə biləcək. Ancaq hələlik bu xüsusiyyət sadəcə ingilis dilində işləyir.

14 ildir mövcud olan Gmail milyonlarla istifadəçisinin məlumatlarına əsaslanaraq, avtomatik şəkildə yazılan məktubları tamamlayaraq e-mail göndərmə işini asanlaşdıracaq.

 

XƏRİTƏLƏR YOLLARI KAMERADAN TANIYACAQ

Xüsusilə böyük şəhərlərdə çox işə yarayan Google Xəritələr artırılmış reallıq bazasından da yararlanacaq. Belə ki, Street View və Xəritələrdəki məlumat sistemindən yararlanan tətbiq telefon kamerasını istifadə edərək  naviqasiya məlumatlarını olduğunuz yerə əks etdirir. Bunun sayəsində küçədə gedərkən xəritəni izləmək yerinə, birbaşa olaraq real görüntünü izləyirsiniz. Real və virtual aləmi birləşdirən bu sistem getməli olduğunuz yeri asan şəkildə tapmaqda çox kömək edəcək.

 

ANDROİD BU QƏDƏR AĞILLI OLMAMIŞDI: ANDROİD P

Google-un mobil əməliyyat sistemi Android P-nin beta versiyası Google Pixel telefonları ilə birlikdə, Nokia, Vivo, OnePlus, Xiaomi, Sony, Oppo və The Essential Phone-a da gələcək.

Android P-nin tam versiyası isə avqustda çıxacaq.

Android P hal-hazırki Oreo-dan dörd formada daha ağıllıdır:

  • Uyğunlaşan batareya sistemi sayəsində telefonu istifadə etmədiyinizi düşündüyü vaxtlarda prosessorun tətbiqi aktiv tutma performansını aşağı salaraq enerjiyə 30% qənaət edəcək
  • Uyğunlaşan parlaqlıq ilə şəxsi seçimlərimizi öyrənən sistem parlaqlığı daha yaxşı nizamlayaraq enerjiyə qənaət edəcək
  • Tətbiq fəaliyyəti xüsusiyyətilə istifadəçinin nə zaman nə edəcəyini təxmin edərək işləri asanlaşdıracaq. Məsələn, yeni çıxan filmi axtardığınız zaman bilet satın alma tətbiqini açma tövsiyəsinin ekrana gəlməsi kimi proseslər mobil həyatımızı daha da asanlaşdıracaq
  • Tətbiqlərdən müəyyən hissələr müxtəlif vəziyyətlərdə işə düşə biləcək. Məsələn, daha əvvəl olduğunuz bir yerin adını axtardığınız zaman telefonunuzda varsa, həmin yerin şəkillərini görməyi təklif edəcək. Bir məkanı axtaranda taksi tətbiqinin qiymət məlumatlarını sizə göstərəcək və s.

 

AĞILLI EKRANLAR İYUL AYINDA SATIŞA ÇIXARILACAQ

Ağıllı Ekran bu ilin yanvar ayındakı CES 2018 konfransında Google-un böyük marketinq fəaliyyətilə tanıtdığı zənginləşdirilmiş ekran sisteminə sahib, danışan ağıllı ekranlardır. Bu Google Köməkçi əsaslı cihazlar sizə istədiyiniz məlumatları təqdim edən bir köməkçiniz kimidir.

Tanınmış Android təchizat istehsalçıları Lenovo, LG Sony ilə, həmçinin dinamik istehsalçısı JBL ilə əməkdaşlıq çərçivəsində yaradılmış bu evdəki köməkçi cihaz Amazon-un eyni növ məhsulu Echo Show-un əsas rəqiblərindən olacaq.