Google məlumat verilən təhlükəsizlik səhvini 36 min dollarla mükafatlandırdı

Uruqvaylı yeniyetmə Google-u təhlükədən xilas etdi

Məlumat veriləcək təhlükəsizlik səhvinə görə pul mükafatı vəd edən Google 17 yaşlı yeniyetməyə 36 min dollar ödədi.

Axtarış motoru nəhəngi Google vacib bir təhlükəsizlik çatışmazlığını xəbər verən 17 yaşlı Uruqvaylı gənci 36 min dollarla mükafatlandırdı. Ezequiel Pereira-nın tapdığı bu çatışmazlıq xakerlərin şirkətin daxili sistemlərini dəyişdirməsinə səbəb ola bilərdi. Beşinci dəfə Google-a təhlükəsizlik çatışmazlığını bildirən Pereira ilk dəfə 500 dollar qazanmışdı. O vaxtdan bu yana həmişə bu cür xətaları yoxlayan gəncin açıqlaması isə bu şəkildə oldu:

Bu, həqiqətən yaxşı hiss etdirir. Əhəmiyyətli bir şeylər tapdığım üçün məmnunam.

Kompüter istifadə etməyə 10 yaşında olarkən başlayan Pereira proqramlaşdırma işləri ilə 11 yaşında tanış olmağa başlayıb. İllərini müxtəlif proqram dillərini öyrənmək və kodlaşdırma yarışmalarına qatılaraq keçirib. Bu müsabiqələrdən birində isə Google-un Kaliforniyadakı mərkəzinə gəzinti qazanmışdı.