Google kriptovalyuta ilə bağlı xəbərləri blok edir!

Şirkət reklamla bağlı siyasətinə sadiq qalmaq üçün kriptovalyuta ilə bağlı xəbərləri blok etməyi düşünür

Google-ın reklam direktoru Scott Spencer şirkətin kriptovalyuta haqqında xəbərləri blok edəcəyini açıqladı. Texnologiya nəhəngi olan Google-un açıqlamasına görə qərar iyun ayında qüvvəyə minəcək.

Spencer kriptovalyutanın gələcəyi haqqında heç bir təsəvvürünün olmadığını və xəbərlərin blok edilməsində əsas məqsədin istifadəçilərinin bundan zərər görməməsi üçün olduğunu açıqlamışdır.

Google-ın verdiyi bu qərar Facebook-un qərarıyla oxşardır. Bir müddət əvvəl Facebook-da kriptovalyuta ilə bağlı xəbərlərin istifadəçiləri zərər verməməsi üçün qadağan olunacağını açıqlamışdı.

Onu da nəzərə çatdıraq ki, Google 2017-ci ildə reklam siyasətinə zidd olan 3.2 milyard reklamı blokladığını açıqlamışdı.