Google inəklərin üzünü bulanıq göstərir .

Google şəxsi gizlilik prinsipini o qədər gücləndirdi ki, üzləri görülməsin deyə artıq inəklərin üzünü belə buzlayır. Google-un yaşayış sahələrini gerçək ölçüləri ilə göstərdiyi və şəkillərini çəkdiyi Street View tətbiqi artıq yalnız insanların üzləri və avtomobil nömrələrinin üzərini deyil , gizlilik prinsipinə əsasən inəklərin üzünü belə bulanıq göstərməyə başladı. Guardian qəzetinin redaktorlarından David Shariatmadari-nin çəkdiyi görüntülərdə İngiltərənin Kembric şəhərində çay sahilində otlayan inəklərin başlarının buzlandığı görülür. Qəzet Google Street View tətbiqindən çəkilən görünüşləri ictimai media hesabında paylaşdı. Google isə etdiyi şərhdə tətbiq etdiyi texnologiyanın bir az inkişaf etdirildiyini qəbul etdi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .