Google axtarış səhifəsinə iki yeni oyun əlavə edildi!



Google-ın axtarış səhifəsinə iki əfsanə oyun əlavə edildi. "Tic Tac Toe" və "Solitaire"-ni axtarış motoru üzərindən oynamaq mümkündür. İnternet nəhəngi Google birbaşa axtarış nəticələrini gedərək artırır. Bir çox açar söz üçün birbaşa nəticə verən sistem riyazi əməliyyatlardan tutmuş ölçü vahidlərinin tərcüməsinə qədər bir çox sahədə işə yarıyırdı. Google-ın birbaşa nəticə sisteminə indi də iki yeni oyun əlavə edildi.


Əfsanə oyunlar olan "Tic Tac Toe" və "Solitaire" artıq Google-ın ana səhifəsi üzərindən birbaşa oynanıla bilir. Oyunları oynamaq üçün axtarış motorunun ünvan sətirinə oynamaq istədiyiniz oyunun adını yazmaq və axtarış vermək kifayətdir. Axtarış nəticələrinin ən üst sırasında axtardığınız oyunun çıxdığını görəcəksiniz.


Oyunları yalnız masaüstü kompüterdən yox eləcə də mobil brauzerdən əldə etmək mümkündür. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .