Google-a Trend Topic tətbiqi gəlir

Google ana səhifəsini tamamilə dəyişdirəcək yeni bir sistem üzərində çalışır. Sosial paylaşım platformlarının daha aktual olma yarışına Google da daxil oldu. Axtarış sistemi Twitter kimi aktual ola bilmək üçün özünə xüsusi bir 'Trending Topics' (məşhur mövzular) funksiyasını artırmağı və istifadəçilərinin məşhur mövzulara görə axtarış etməsini təmin etməyi hədəfləyir.


TT TƏTBİQİ Axtarış bölməsinin altında yer alacaq . Fortune tərəfindən paylaşılan məlumatlara görə Google-un bir müddətdir test etdiyi Trending Topics sistemi axtarış mühərriki ikonu və axtarış bölməsinin altında yer alacaq . Xüsusiyyətin göründüyü fotoşəkilə görə məşhur olan mövzuların yanında məşhur olan hekayələr də Google-un ana səhifəsində özlərinə yer tapacaqlar. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .