Google Soli proyekti ilə fərqli bir texnologiya təqdim edəcək.

Google hər sahədə irəliləməyə və inkişafa davam edir, Şirkət ötən ilki developer konfransında Project Soli adında bir layihə haqqında bildirmişdi , ancaq bu layihə haqqında o zamandan bəri çox az xəbər nəşr olundu.   Yeni gələn məlumatlara görə Google Project Soli proyektini səssiz sədasız inkişaf etdirməyə davam edir. Yaxşı bu proyektdəki inkişaf etdirilən texnologiya nə işə yarayacaq?   Project Soli ilə çalışılan texnologiya bir adamın toxunmadan bir cihaz işlətməsini təmin edəcək. Bunun üçün isə yalnız əliylə işarə edəcək. Məsələn iki barmaq şıqqıldatması ilə radionun səsini açıb bağlaya biləcəksiniz .Bu texnologiya bir adamın fiziki hərəkətlərini təsbit etmək üçün kiçik bir chip və qablaşdırılmış xüsusi radar sensorlarını istifadə edir.   Google son zamanlarda Soli layihəsində çalışmaq üçün proqram arxitekturu üçün iş elanı verdi. İş elanında Soli texnologiyası ilə Android Wear və Google Xidmətlərinin inteqrasiyasında çalışacaq proqramistlər tələb olunurdu .   Soli hələ prime time üçün hazır olmaya bilər ancaq google layihədən imtina etmiş kimi görünmür. Və şirkət, bu ilki Google I / O developer konfransı ilə məhsulun gələcəyi haqqında daha çox detal paylaşa bilər. Google-un Soli proyektini hara qədər inkişaf etdirəcəyini və hansı cihazlarda tətbiqni reallaşdıracağını gözləyək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .