Google Play 700 mindən çox tətbiqi sildi

Google Play lazımsız proqramların silinməsi və istifadəçilərin bundan qorunması üçün çalışır

Google Play istifadəçilər üçün lazımsız olan tətbiqləri sildi . Bu tətbiqlərin Play Store-a gəlməsinin ən başından qarşısını almaq, gəlmiş olanları da dərhal aradan qaldırmaq üçün firma davamlı olaraq çalışır.  Google Play-in Məhsul İdarəçisi Andrew Ahn-ın dediyinə görə 2017də Google firmanın siyasətlərini pozan 700.000-dən çox tətbiqi mağazasından silmişdir. Bu say 2016-cı ildəkindən 70% çoxdur. A. Ahn  belə açıqlama verib: "Yalnız lazımsız tətbiqləri ləğv etməklə  yekunlaşmadıq  , onların  əvvəldən qəbul olunmasının qarşısını aldıq. Hətta, bu lazımsız tətbiqlərin 99%-i  istifadə olunmamışdan əvvəl  təyin olunub və silinib." Həmçinin Ahn açıqlayıb ki, 100.000-dən çox istifadəçi bloklanıb. Silinmiş tətbiqlər aşağıdakı kateqoriyalardadır: - Nüsxələr: Populyar tətbiqlərin oxşarları

- Yanlış məzmun: ifrat zorakılıq, nifrət və qeyri-qanuni hərəkətlər təblığ edən tətbiqlər

- Potensial zərərli proqramlar: İnsanlara və cihazlara zərər verə bilən zərərli proqram.