Google Pixel 3 və 3XL-in potensial görünüşü belə ola bilər

Daha bir çıxıntılı ekrana sahib smartfon

Bu payızda bazara çıxarılması gözlənilən Google Pixel 3 və 3XL haqqında yeni detallar meydana çıxıb. Google da çıxıntılı ekran modasına uyğunlaşır.

Google Pixel ağıllı telefon seriyasının yeni üzvlərini tanıtmağa hazırlaşır. Google Pixel 3 və 3XL olması gözlənilən yeni modellərin sızdırılan məlumatlar sayəsində detalları üzə çıxıb. Görünür, Google da iPhone X-dən sonra dəbə düşən çıxıntılı ekran tredninə qoşulacaq.

Qeyd edək ki, Android P əməliyyat sistemi çıxıntılı ekranları dəstəkləyəcək şəkildə hazırlanıb. Bu da Google-un bu və gələcək məshullarında çıxıntılı ekrandan istifadə etməsi iddialarını əsaslı edir. Elə Pixel 3 və 3 XL-ə aid olduğu deyilən ekran qoruyucularının şəkilləri də bunu deyir. Şəkilə əsasən, Pixel 3-ün normal ekranlı, 3XL-in isə çıxıntılı ekranlı olacağını ehtimal etmək olar: