Google CEO-su Sundar Pichai'nin hesabı sındırıldı !

Google CEO-su Sundar Pichai'nin Quora hesabının bu gün sındırıldığı açıqlandı. İstifadəçilər tərəfindən verilən suallara cavab vermə xidmətini təqdim edən Quora son dövrdə özündə öndə gələn şirkətlərin üst səviyyə rəhbərlərini saxlayırdı. Mərkəzi ABŞ-da yerləşən şirkət hal-hazırda isə təhlükəsizlik problemi olması iddialarıyla qarşı-qarşıyadır. Google CEO-sunun da hesabı sındırıldı ! Facebookun CEO-su Mark Zuckerberg'dən sonra ən çox ziyarət edilən axtarış sistemi olan Google-un CEO-su Sundar Pichai'nin Quora hesabı da bu gün sındırıldı . Zuckerberg'in hesabını sındıran qrup olduğu iddia edilir ! Pichai'nin hesabını sındıran xaker qrupunun ötən günlərdə Zuckerberg'in hesabını sındıran qrup ola biləcəyindən danışılır. Qrupun Sundar Pichai'nin rəsmi Twitter hesabından 508 mindən çox izləyicisinə Pichai'nin dilindən mesaj atdığı bildirilir. Google CEO-su Sundar Pichai isə mövzuyla əlaqədar hələ hər hansı bir açıqlama verməyib. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .