Gmail-də "mention" dövrü başlayır

E-poçt yazarkən istədiyimiz şəxsləri işarələyə biləcəyik

Gmail-in yeni versiyası ilə elektron məktubda şəxsləri etiketləmək mümkün oldu.

Ötən həftələrdə yepyeni dizayna qovuşan Gmail-də Twitter, Facebook və Instagram-da istifadə etdiyimiz etiketləmək xüsusiyyətini e-poçtlarda istifadə edə biləcəyik.

Gmail-də e-poçt yazarkən istədiyimiz istifadəçini işarələmək üçün digər sosial şəbəkələrdə olduğu kimi @ simvolundan istifadə edə bilərik. Bu zaman əlaqə siyahımızda olan e-poçt sahiblərinin istifadəçi adları və daxilindəki e-poçt ünvanları göndərəcəyiniz məktubda yer alacaq. Eyni zamanda, işarələnmiş şəxsə də məktub gedəcək.

Bundan başqa, məktub içərisində @ yerinə + simvolundan istifadə etdikdə də şəxs ismarıcın alıcısı olaraq əlavə edilir. Bu yenilikdən istifadə etmək üçün isə ilk öncə Gmail-inizdəki parametrlər bölməsindən "Try the new Gmail" (Yeni Gmail-i sınayın) düyməsini sıxın.