Galaxy S9 Samsungun ən bahalı telefonu olacaq

Samsung ən bahalı modelini təqdim etməyə hazırlaşır

Samsung 25 Fevralda Galaxy S9 və Galaxy S9+ modellərini təqdim edəcək. Təqdimata atrıq indidən rəsmi mətbuat nümayəndələri  və media nümayəndələrinə dəvət olunublar. Amma bu modellər haqqında yeni detallar ortaya çıxır.

SAMSUNG-UN ƏN BAHALI TELEFONU

Ricciolo Twitter-də mobil cihazlar haqqında yeni çıxan sızıntıları bölüşən ən populyar istifadəçilərdən biridir. Ricciolo, Galaxy S9+ və Galaxy S9-un Samsung-un ən bahalı telefon modelləri olacağını açıqladı.

Galaxy S8-nin qiyməti keçən il təxminən 700 $, S8 + isə 800 $ idi. S8 + un 256 GB modeli bazarda 1000 $ satış etiketi ilə qoyumuşdu.

BU QİYMƏT ARTIMI SAMSUNG ÜÇÜN "QUMAR" OLA BİLƏR

Başqa bir mənbəyə görə, Samsung şirkəti S9 seriyasında qiymətləri qaldırmaq ilə böyük bir qumar oynamış ola bilər. Çünki bu vəziyyət bazardakı tələbi azalda bilər. Mənbədə həmçinin bildirilir ki, Galaxy S8 və S8 + tam ekranı fərqli dizaynlarla təkmilləşdirilmişdir, lakin S9 daha çox hardware yeniləməyə üstünlük verib.