Galaxy S8 köhnə nəsil Galaxy-lərdən nə qədər sürətlidir?

9 nəsil Galaxy modeli sürət testində qarşı-qarşıya gəldi.
Samsung-un ən köhnə "üst seqment" telefonu Galaxy I-7500 480×320 piksel keyfiyyətli 3,2 düymlük ekran, 128 MB RAM və Android 1.5 əməliyyat sistemi özəllikləri ilə 8 il öncə satışa çıxmışdı. Galaxy modelləri Galaxy I-7500-dən Galaxy S8-ə qədər uzun bir yol qət etdi. Bu yoldakı bütün üst seqment cihazları EverythingApplePro adlı məşhur YouTube kanalı bir araya gətirib.



EverythingApplePro kanalının videosunda hər bir Galaxy modeli ilə yaxından tanış olub, onların daxili özəllikləri haqqında məlumat ala bilərsiniz. Bu videodan da aydın şəkildə görünür ki, hər nəsildə cihazların prosessorlarından əməliyyat sistemlərinə qədər bütün özəlliklərində əsaslı dəyişikliklər edilib.

Aşağıda Samsung Galaxy modellərinin müqayisə videosunu izləyə bilərsiniz.