Galaxy S8-in yeni versiyası ölkəmizdə satılmayacaq

Ölkəmizdə satışa çıxmayacaq Galaxy S8 rəsmi olaraq yayımlandı.
29 iyun mobil platformada hər şeyi dəyişdirən smartfon olan iPhone-un 10-cu ildönümü idi. Bəs həmin gün Samsung-un yeni bir model yayımlaması üçün uyğun gün idimi? Sözü çox uzatmadan əsl məsələyə keçək. Samsung-un dünən yayımladığı model Galaxy S8-in yeni versiyasıdır. Hansı ki, bu versiya ölkəmizdə satılmayacaq.

Galaxy S8-in yeni versiyası Azərbaycanda satılmayacaq

Bir müddət əvvəl sizlərə Galaxy S8-in yeni rənginin yayımlanacağı haqqında məlumat vermişdik. Çox keçmədən Samsung bu məlumatı təsdiqlədi və Galaxy S8+ modelinin Rose Gold rəngli versiyasını yayımladı. Böyük ehtimalla bu yeni rəng seçiminə yalnız Galaxy S8+ modelində yer verilib.

Bu gündən etibarən Rose Gold rəngli Galaxy S8+ Cənubi KoreyaTayvan kimi seçilmiş bazarlarda satılacaq. Təəssüf ki, Azərbaycan bazarı bu siyahıda yer almır.