Galaxy S8-in qutusunu Nusrət kimi açdılar

3 gün öncə YouTube-da paylaşılan video böyük səs-küyə səbəb olub.
SuperSaf TV adlı YouTube kanalı Samsung Galaxy S8-in qutusunu qardaş ölkənin fenomenlərindən olan Nusrət kimi açıb. Bir müddət əvvəl özünə məxsus tərzi ilə bütün dünyada məşhur olan Nusrəti bir çox insan fərqli sahələrdə təqlid edərək onun videolarına bənzər videolar paylaşır. Bu 55 saniyəlik qutu açılışı videosu da olduqca əyləncəlidir.

Aşağıda SuperSaf TV-nin Samsung Galaxy S8 Unboxing - Salt Bae Style adlı videosunu izləyə bilərsiniz.