Galaxy S8 AnTuTu-da iPhone 7 Plus-ı əzdi!

Samsung Galaxy S8-in AnTuTu test nəticələri iPhone 7-ni çox geridə qoydu.
Bu gün video portallarında təqdimatı yaxınlaşan Galaxy S8-in AnTuTu testlərini göstərən bir video yayılıb. Bu testlər cihazın öz üzərində edildiyi kimi görünür çünki, videoda SM-G950 model nömrəsi nəzərə çarpır. Sondakı test nəticələri hər kəsi təəccübləndirib və əslində S8-dən gözlənilən performans da belə olmalı idi.




Galaxy S8 bu testdə 205284 xal toplayıb və bu göstərici AnTuTu-da 1-ci olan iPhone 7 Plus-ın göstəricisindən də yüksəkdir. Qeyd edək ki, iPhone 7 Plus-ın test nəticəsi 181807-dir. OnePlus 3T Android telefonlar arasında ən yaxşı nəticə göstərən modeldir (162423). Bu da o deməkdir ki, Snapdragon 835 çox güclü prosessor olacaqdır. Aşağıda Galaxy S8-in AnTuTu test videosunu izləyə bilərsiniz.