Galaxy Note 8 haqqında ilk məlumatlar gəldi!

Samsungun keçən ilki Galaxy S seriyalı Galaxy S6 və Galaxy S6 Edge modelləri SM-G920 və SM-G925 model nömrələri ilə gəlmişdi. Galaxy S7 və Galaxy S7 Edge isə bu ilin əvvəllərində SM-G30 və SM-G35 model nömrələri ilə tanıdıldı.   Növbəti Galaxy S8 modellərinin də SM-940 və SM-945 model nömrələri ilə gəlməsi gözlənilir.   Sentyabr ayından bəri Galaxy S8 modellərinin SM-G950 və SM-G955 model nömrələrini daşıyacağı söylənilirdi. Evan Blass (@evleaks) Twitter üzərindən bu məlumatları təsdiqləyib.   Atdığı tweet ilə Galaxy S8 model nömrələrini SM-G950 və SM-G955 olaraq təqdim edən Evan Blass həmçinin hansı cihaza aid olduğunu açıqlamadan SM-N650 model nömrəsini də paylaşdı.   Bu model nömrəsi şirkətin Galaxy Note seriyasına aiddir və Samsungun bu model nömrəsi ilə nə tanıdacağı maraqla gözlənilir . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .