GTX 1160-ın mobil versiyası il sonunda bazara çıxa bilər.

Nvidia bu il ekran kartları satışında rekord nəticə göstərə bilər.

Nvidia yeni ekran kartı GTX 1160-ın mobil versiyasını bu ilin sonlarında bazara çıxa bilər. Bildiyimiz kimi, ən çox üstünlük verilən ekran kartları əsasən orta səviyyədir. GTX 1160 ekran kartı da orta səviyyəni əhatə etdiyi üçün bu ekran kartına təlabət yüksək olacaq. Əsasən notebook istehsal edən şirkətlər öz gaming notebook-larında orta səviyyə ekran kartlarından istifadə edirlər. Çünki, gaming notebook-ların qiyməti həm baha olur, həm də şirkətlər daha performanslı notebook təqdim etməyə çalışırlar.

İnternetdə yayılan bəzi məlumatlara görə GTX 1160-ın mobil verisyası ilk olaraq Lenovo-nun Y530 notebook-unun yeni bir versiyasında istifadə ediləcək. 6GB yaddaş (VRAM)192 bit interface-ə sahib olacaq. Bundan artıq GTX 1160-ın tam texniki xüsusiyyətləri hələ ki, bilinmir. Bununla da 2018-ci ilin sonundan etibarən ekran kartlarının yeni nəsillə əvəz olunacağı görünür. Gamescom-da Nvidia yəqin ki, yuxarı səviyyəli yeni nəsil ekran kartlarını təqdim edəcək. Bu ilin sonuna kimi şirkət bütün ekran kartlarını bazara çıxara bilər.