Facebook yeni emoji paketini yayımladı!

1 milyarddan çox istifadəçisi olan Facebook zaman-zaman yeni emoji paketləri təqdim edir. Emojipedia bütün istifadəçilərin yeni emoji paketini istifadə edə biləcəyini elan etdi. Bu o deməkdir ki, artıq klassik Man Business Suit Levitating-in son versiyasını gözləməyə ehtiyac yoxdur.




Şirkət geridə qalan ilin sentyabr ayından etibarən yeniləmələri mərhələli şəkildə təqdim etməyə başlayıb. O ana qədər yanlız web saytın abunələri bütün imkanlara sahib olurdu amma indi bu ayrı-seçkilik aradan qaldırılır və bütün platformalara mövcud imkanlardan istifadə etmək imkanı təqdim edilir. Son yeniləmə Facebook üçün sadəcə yeni emoji paketi deyil, həm də yeni rəng tonları da gətirəcəkdir.