Facebook-un mübahisəli tətbiqi

Bu tətbiqdən uşaqlar rahatlıqla istifadə edə biləcəklər.

MESSENGER KİDS

Dekabr ayında iOS cihazları üçün istifadəyə verilən tətbiq ötən ay Amazon Fire planşetlər  üçün də istifadəyə verildi. Artıq Android istifadəçiləri də bu tətbiqdən yararlana bilərlər. Önümüzdəki günlərdə bir çox ölkədə mövcud olacaq tətbiqin bir çox yeni xüsusiyyətləri var. Tətbiq valideynlərin uşaqlarının kiminlə söhbət etdiyini bilməsi üçün imkan yaradır. Beləliklə, uşaqların kiminlə danışıb danışmayacaqlarını ailələri qərar verə bilərlər.

Həm də onlar Messenger-də istəmədikləri insanları silmək və bloklamaq hüquqlarına malikdirlər. Tətbiqdə uşaqların yaxşı vaxt sərf etməyi üçün nəzərdə tutulan  əyləncə gifləri, əyləncə effektləri və maskalar var. Eyni zamanda ailə və dostları ilə səsli və görüntülü danışa biləcək uşaqlar bu tətbiqdən rahat istifadə edə biləcəklər. Sözsüz ki, bunlardanda yararlandıqda valideyn nəzarəti üzərlərində olacaq.

Tətbiqin ən məşhur xüsusiyyəti tətbiqdən istifadə etmək üçün Facebook hesabına ehtiyac olmamağıdır. Uşaqlar üçün Facebook-un uyğun olmadığını düşünən ailələr bu proqram vasitəsilə uşaqları ilə ünsiyyət qura bilər və uşaqlarını Facebookdan uzaq saxlaya bilərlər. Bu app Facebookun ziyanlarından xəbərdar olan ailələr tərəfindən yüksək qiymətləndirilir.