Facebook insanları bir-birinə daha da yaxın edəcək yenilik gətirir.

Facebook reklam və səhifə paylaşımlarını daha da azaltmağı planlaşdırıb. Bəs əvəzində ana səhifədəki paylaşımlar necə sıralanacaq?

 Bildiyiniz kimi, facebook xəbər lentində hansı paylaşımı ilk çıxaracağını müəyyənləşdirmək üçün istifadəçilərin daha çox  bəyəndikləri, paylaşdıqları postlara üstünlük verir.
 Bu dəfəki yeniləmə ilə insanlar arasında qarşılıqlı ünsiyyət, bəyəni və paylaşım olan postlara üstünlük veriləcək. Şirkət dostlarınız və yaxınlarınızın paylaşımlarını daha çox qarşınıza çıxarmağı hədəfləyib. Bunlar əsasən qarşılıqlı şərhlərin  olduğu postlar olacaq.

 Bu, səhifələr və hər kəsin görə biləcəyi postlara necə təsir edəcək?
Xəbərlər lentində dostlarınız və ailənizdən daha çox post olacağına görə ictimai məzmunlu və digər səhifələrin ,əsasən, biznes tipli paylaşımları daha az görünəcək. Reklam və tanıtım tipli paylaşımların da sayı azalacaq. Səhifə paylaşımlarının məzmunu və insanların onlara necə reaksiya verməsindən asılı olaraq bu dəyişəcək. İnsanların ümumiyyətlə reaksiya vermədiyi və ya şərh yazmadığı paylaşımlar az, insanların daha çox rəy yazıb ünsiyyət qurduğu paylaşımlar isə daha çox insana çatdırılacaq.

Facebook  dostlarını işarələ, paylaş hədiyyə qazan tipli paylaşımların sayını daha da azaldacaq. Buna səbəb kimi insanların maraq göstərdiyi paylaşımları onların qarşısına çıxarıb dostlarıyla vaxtlarını daha yaxşı keçirmələrini təmin etmək olduğu göstərilib. İctimai qrupların paylaşımları da daha çox bəyəni, şərh alır. Paylaşımlarının daha çox insana çatması üçün səhifələr canlı yayım edə bilərlər. Facebook qeyd edib ki, canlı yayım normal videodan 6 dəfəyə çox reaksiya alır.

 Mark öz facebook hesabında bunları qeyd edib;
 “İstifadəçilərdən ictimai məzmun, reklam və tanıtımların ana səhifədə xüsusi paylaşımlara maneə yaratdığı haqqda bildirişlər aldıq. Biz yalnız əyləncəni deyil, eyni zamanda insanların xoşbəxtliyini də nəzərə alırıq. Bir məqalə oxumaq və ya video izləmək əyləncəli olsa da, şəxsin maraq dairəsində olmaya bilər. Ona görə biz Facebook-un paylaşımlarında xəbər lentinə dair böyük bir dəyişiklik edəcəyik. "
Zukerbeq tətbiq olunacaq dəyişikliyi izah edərkən; "İnsanlar hesab edir ki, saytda sərf olunan vaxt azalacaq, lakin vaxtın keyfiyyəti artacaq."-deyib.