Facebook artıq minimum 2GB RAM tələb edir !

Facebook Windowsun mobil əməliyyat sistemindəki tətbiqləri üçün yeniləmə etdi və istifadəçilərin şikayətlərini böyük nisbətdə həll etdi. Lakin Facebook və Messenger tətbiqlərinin yeni versiyasını yükləmək üçün smartfonların minimum 2GB RAMa sahib olması lazımdır. Microsoftun mobil əməliyyat sistemi Windows 10 Mobile-da ən çox tənqid olunan tətbiqlər arasında Facebook və Messenger də iştirak edirdi. Facebook istifadəçilərin şikayətlərini nəzərə alaraq tətbiqləri yenilədi . Son yeniləmə ilə birlikdə Facebook və Messenger Windows 10 Mobile-da ən yaxşı optimize olan tətbiqlər arasında iştirak edir.Bu yeniləmə ilə birlikdə Facebook minimum 2GB RAM istəyir. Əlbəttə , Lumia 950 kimi üst seqment telefonlara sahib olan istifadəçilər üçün bu vəziyyət hər hansı bir problem təşkil etmir. Lakin orta seqment Windows 8.1 və 10 Mobile ağıllı telefonları olan istifadəçilər köhnə , yəni problemli Facebook və Messenger versiyasını istifadə etməyə davam edəcək.   Proqramçılar yeni Facebook və Messenger tətbiqinin daha performanslı olduğunu və daha çox RAM istifadə etdiyini ifadə edir.Yeniləmə edə bilmək üçün Facebook minimum 2GB RAM istəyir. Bu yalnız Windows əməliyyat sistemli cihazlara aiddir . Android və iOS üçün hər hansı bir fərqlilik yoxdur. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .