Facebook-a 10 saniyəlik Hack!



Facebookdakı bir təhlükəsizlik açığı səbəbilə sosial şəbəkə 10 saniyədə sındırıla bilərdi ! Universitet tələbəsi Arun S Kumar hesabların elə keçirməsini mümkün edən bir Facebook açığını tapması ilə 16000 dollar mükafat qazandı. Facebookun Business Managerindəki açıq BugCrowd vasitəçiliyi ilə ötən ayın sonlarında ötürülmüşdü və artıq bu təhlüksizlik açığı qapadılmışdır.Chathannoor, Hindistandakı MES Institute of Technology and Management mühəndislik tələbəsi olan Kumar bu açıq sayəsində yalnız iki iş hesabını istifadə edərək istədiyi hər hansı bir Facebook səhifəsini idarə edə bilirdi . Kumarın söylədiyinə görə bu hücum 10 saniyədən qısa müddətdə reallaşa bilirdi . "(Təcavüzkarlar) hər hansı bir Facebook səhifəsini: Bill Gates, Narendra Mod, Barak Obama kimi insanların facebook səhifələrini ələ keçirə və səhifənin silinməsi kimi təhlükəli əməliyyatları reallaşdıra bilərdi ." Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .