Facebook Messenger-də eyni anda 50 nəfərlə səsli danışa biləcəksiniz

Apreldə aylıq 900 milyon aktiv istifadəçiyə çatdığını açıqlayan Facebook Messenger növbəti vacib xidmətini istifadəyə verdi. Texnologiya.az Xeberler.az-a istinadən məlumat verir ki, istifadəçilər bundan sonra tətbiqdə qrup zəngləri edə biləcək. Əvvələr yalnız bir nəfərlə səsli danışmaq imkanı verən şirkət bunu səsli görüşmələr üçün dəyişib. Səsli qrup söhbətində ümumi say 50 nəfər müəyyən edilib. Bu xidmətin xüsusilə şirkətlərin onlayn iclaslarının Messenger üzərindən aparılması üçün təqdim edildiyi qeyd edilib. Facebook Messenger üzerindən qrup şəkilində zəng etmək istəyən istifadəçilər Messenger-də telefon ikonu-na klik etməlidir. Telefon ikonu- na daxil olduqdan sonra açılan yeni pəncərədə kollketiv görüşləri seçərək istədiyiniz şəxsi qrupa əlavə edə bilərsiniz. Facebook bildirib ki, xidmət yeni olduğu üçün 24 saat içərisində bütün istifadəçilərə çatacaq. Bu xidmətdən istifadə üçün Messenger-in son versiyasını istifadə etməlisiniz.