FBI iPhone-un şifrəsini qırmaq üçün sərvət ödədi!

FBI-ın iPhone-un şifrəsini qırmaq üçün sərf etdiyi pulun miqdarı bəlli olub.
2015-ci ilin dekabr ayında ABŞ-ın San Bernardino əyalətində baş verən terror aktında şübhəli Seyid Rıdvan Faruk-un istifadə etdiyi iPhone-a maddi sübut olaraq əl qoyulmuşdu. Ancaq FBI şübhəlinin iPhone-unun kilidini aça bilməmişdi. Apple-dan bu barədə kömək istəyən qurum burdan da əli boş geri dönmüşdü.



FBI ilə Apple arasında yaşanan bu hadisədə Apple istifadəçi gizliliyini əsas tutaraq şifrəni qırmağı rədd etmiş, FBI isə şifrəni qırmaq üçün fərqli yollara baş vurmuşdu. FBI təxminən 1,5 ildir üzərində işləməsinə baxmayaraq iPhone-un şifrəsini qıra bilməmişdi.

Bu gün isə şifrənin qırılması xəbəri elan olundu. 3-cü şəxs bir firma ilə razılaşan FBI iPhone 5c-nin kilidini qırmaq üçün rəsmən sərvət ödəyib. iPhone 5c-nin şifrəsini qıran firmanın adı açıqlanmayıb, ancaq bu iş üçün ödənilən məbləğ bəlli olub - 900.000 dollar!