Essential Phone Digər Telefonlardan Tamamilə Fərqlənir.Dizayn olaraq diqqətimizi çəkən telefon bizdən 5 qiyməti almağı bacardı

Digər telefonlardan tamamilə fərqlənə biləcək telefon Essential Phone-dur.Çünki dizayn heç bir markadan götürülməyib və orjinallığı ilə seçilir

Bugün sizlərə bəlkədə çox adamın bilmədiyi bir telefon haqqında xəbər təqdim edəcəyik.Bu telefon Essential Phone adlanır.Bu telefonun yaradıcısı Andy Rubin-dir. Android sisteminin hazırlanmasında böyük rolu olan insanlardan biridir Andy Rubin.Bu telefon 2017-ci ilin May ayında Amerikada təqdim edilmişdir(Satışa Avqustda buraxılmışdır).Düzdü bu telefon haqqında indiyə kimi xəbər hazırlamamışdıq,halbuki telefon çoxdan istehsal olunub ve hal-hazırda da satışdadı.Sual verəcəksiz ki,bəs indiyə kimi nə üçün bu telefon haqqında xəbər hazırlanmayıb.Çünki,bu telefon ilk vaxtlar Amerika ərazisində satışa təqdim edilmişdir,sonradan bu telefonu Amazondan əldə etmək mümkün oldu.Bu telefona olan tələbatın bu qədər aşağı olma səbəbini aydınlaşdıraq.Misal üçün  Xiaomi,OnePlus kimi şirkətlərə marka telefonların təzyiqi və bazar cəhətdən sıxışdırılaraq rəqabətə qoşulmasına  imkan verilmir.Bu telefonun da eyni aqibəti yaşadığını  deyə bilərik.Bilirik ki, indiki dövrdə insanlar daha çox tanıdıqları və ya eşidikləri telefonları almağa üstünlük verirlər.Buda Essential Phone-nın bazarının mənfi nəticə ilə qarşılaşmasına səbəb oldu.

Essential Phone öz dizaynı ilə digər markalardan tamamilə fərqlənir.MWC 2018-də təqdim edilən bir çox model İphone X modelinə bənzədilib amma bu telefon dizaynına görə qeyri-adidir.Telefon İphone 4 modelinə bənzəyir amma ön tərəfdən tamamilə bir çərçivəsiz ekranla təmin edilib. Telefonda cüt kamerada var ki,buda daha yaxşı şəkillərin çəkilməsinə şərait yaradacaq. Şirkət Fevralın 20-sindən etbarən 3 yeni rəng satışa çıxartdı.Qiyməti isə 599 dollar təyin edilib.Rənglər Ocean Depths,Stellar Grey,Copper Black.

Telefonun əsas özəllikləri aşağıdakılardır.

5.7 İPS ,Gorilla Glass 5 ekran (504ppi) 2560x1312 QHD

Ekran çərçivə nisbəti 84.9% təşkil edir,arxa hissə şüşədir.

Android 7.1 ( Nougat)

Snapdragon 835 (4x2.45 GHz Kryo & 4x1.9 GHz Kryo)

Adreno 540

128 GB Yaddaş, 4GB Ram

Cüt 13 MP kamera f/1.9,Ön kamera 8 MP

Batareya 3040 mAh

Sterero Speakers

Bluetooth 5.0, Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, WiFi Direct, hotspot