Ən yaxşı Anti-Virus proqramları!



Anti-Virus proqramlarının yoxlanılması prosesini həyata keçirən AV-Comparatives-in məlumatlarına istinadən ən yaxşı Anti-Virus proqramlarını bu xəbərdə sizlərlə paylaşırıq.

Add-Aware Free Antivirus


Pulsuz antivirus proqramı olan Ad-Awareinternet üzərindən cihaza zərər verəcək proqramlara qarşı çox təsirli bir antivirus proqramıdır. Sizə internet, email və şəbəkə qoruması təqdim etməsinin yanında anlıq qoruma da təmin etməkdədir.

Avast Free Antivirus


İnternet qoruması, e-poçt nəzarəti, oyun rejimi və başqa funksiyaları özündə birləşdirən Avast pulsuz antivirus proqramıdır, lakin digər məşhur antivirus proqramları kimi bəzi funksiyaları yalnız ödənişli versiyasında aktivdir.

AVG Free Antivirus


AVG antivirus proqramı etibarlı olmayan əlaqələri, endirmələri və e-poçt faylları sürətli şəkildə gözdən keçirməyə imkan verir. Software Updater xüsusiyyətiylə yenilikləri avtomatik olaraq edərək səhvləri düzəldir və təhlükəsizlik açıqlarına bağlayır.

Avira Free Antivirus


Avira proqramı təmamilə ödənişsiz antivirus proqramıdır. Web qoruması, e-poçt qoruması və s. xüsusiyyətləri pulsuz şəkildə istifadə edə bilərsiniz.

Bitdefender Antivirus Free


BitDefender Antivirus proqramı kompüterinizin sürətini aşağı salmadan qoruma təmin edir. Bütün web, e-poçt və mesajlaşma məlumatlarını hər saat yoxlayır və virus aşkar etdikdə onu məhv edir.

ESET NOD32 Antivirus


Antivirus olaraq uzun müddətdir hamı tərəfindən tanınmasıyla diqqəti çəkir və öz işini layiqincə yerinə yetirir. Kompüterdə hər saat yoxlama apararaq aşkar etdiyi virusları birbaşa məhv edir.

Kaspersky Anti-Virus


Kaspersky antivirus proqramı bir çox zərərli proqramlara qarşı tədbirlər alır və onları təsirsiz hala gətirir. Mükafat almış çox az antivirus proqramlarından biridir.