Ən Çox İstifadə Edilən Android Əməliyyat Sistemi Bəlli Oldu.

Android 8.0 əməliyyat sistemi hələki kütləvi şəkildə istifadə edilmir.Ona görə Android 7.0 əməliyyat sistemi 1-ci yerdə qərarlaşır.

Android 7.0 Nougat mobil əməliyyat sisteminin ən məşhur versiyası oldu. Google-un developer portalında (9to5Google vasitəsilə) apardığı araşdırmalara görə Android cihazların 28.5% -i (hər iki versiya 7.0 və 7.1) Nougat əməliyyat sistemini istifadə edir.

2015-ci ildə təqdim edilən Android bazarının ikinci pilləsində qərarlaşan isə Marshmallow, yəni Android 6.0 əməliyyat sistemidir. Marshmallow 28.1%-lə 2-ci pillədə yerləşir. Android 8.0 əməliyyat sisteminə gəldikdə isə gözləntiləri hələki doğrultmur. Android 8.0 əməliyyat sistemi istifadəyə verildikdən sonra 1.1%-lə 6-cı yerdə qərarlaşır. Çünki bu əməliyyat sisteminin istifadə sayısı çox aşağıdı. Lakin Oktyabr ayından sonra isə istifadə sayı, yəni istifadə edilən cihazlarda 0.2%-lik artım müşahidə olunub. Amma bu da yaxşı bir əlamət deyil.

Bilirik ki, Android əməliyyat sistem güncəlləmələri şirkətlərdən aslıdı. Yəni əməliyyat sistem güncəlləmələri istehsalçı şirkətlərdən aslıdı və bu da ən son əməliyyat sistemlərinin tam və təkmilləşdirilmiş şəkildə istifadəsinə mane olur. Güncəlləmələrin istifadəyə verilməsi isə şirkətlərdən aslıdı.Tam və dəqiqləşdirilmiş şəkildə son əməliyyat sisteminin istifadəyə verilməməsi GOOGLE üçün çox da yaxşı bir xəbər sayılmır.

Apple əməliyyat sistem sahəsinə baxdıqda isə İOS 10 - 28%-lə 2-ci pillədə qərarlaşır. İOS 11 isə 65%-lə 1-ci pillədə yerləşir. Burdan belə nəticəyə gələrək deyə bilərik ki, Apple düzgün və sistemli şəkildə əməliyyat sistemini istifadəyə verməsi onun ən son əməliyyat sisteminin daha çox istifadəsinə şərait yaradır. Google isə bu sahədə nisbətən geri qalır.