Dünyaya eynilə bənzəyən yeni bir planet tapıldı!



Günəş Sisteminə ən yaxın ulduz olan Proxima Centauri-nin orbitində Dünyaya bənzər bir planet kəşf edildi! Elm adamlarının yaratdığı "Pale Red Dot" qurumu uzun araşdırmalar nəticəsində etdikləri kəşfi ictimaiyyətlə paylaşdı. Dünyaya bənzəyən planet kəşf edildiyini bildirən elm adamları, planetin Günəşdən kiçik və soyuq olan cücə ulduz Proxima Centauri-nin orbitində olduğunu açıqladılar. Bu orbitdə olması səbəbiylə b adı verilən yeni planetin Dünyaya ən yaxın "ekzoplanet" olduğu söyləndi.


Çilidəki La-Silla Rəsədxanasında həssas spektrometr istifadə edilərək kəşf edilən planetin Dünyanın 1.3 qat böyüklüyündə və Dünyadan 1.2 işıq ili uzaqlıqda olduğu bildirildi. Mövzuyla əlaqədar Carnegie Elm Təşkilatından Paul Butler bildirib ki, kəşf 30 illik bir araşdırma nəticəsində reallaşdırılıb, ayrıca olaraq Dünyaya ən yaxın planetlərin ətrafında yüzlərlə yeni planet kəşf etdiklərini də qeyd edib. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .