Dünyada ən bahalı iPhone 7 hansı ölkədə satılır?

Edilən araşdırmaların sonunda iPhone 7-nin ən baha satıldığı ölkənin adı məlum olub.
Ölkələrin vergi siyasətlərinin bir-birindən fərqli olması eyni məhsulun müxtəlif ölkələrdə müxtəlif qiymətlərlə satılmasına səbəb olur. Son edilən araşdırmaların sonunda Apple-ın iPhone 7 modelinin dünyanın müxtəlif ölkələrində hansı qiymətə satıldığı məlum olub. Araşdırmaya görə iPhone 7-nin qiyməti 815 - 1200 dollar arasında dəyişir və ən baha iPhone 7 Türkiyədə satılır. Aşağıda tam siyahı ilə tanış ola bilərsiniz:

(Siyahıda qeyd olunan qiymətlər iPhone 7 (4,7 düym) 128 GB modelinə məxsusdur.)

1. Türkiyə - 1200$

2. Braziliya - 1115$

3. Rusiya - 1086$

4. Yunanıstan - 1028$

5. Polşa - 1005$

6. İtaliya - 995$

7. Çexiya - 994$

8. Norveç - 993$

9. Danimarka - 986$

10. İsveç - 982$

11. Portuqaliya - 973$

12. Finlandiya - 973$

13. İrlandiya - 973$

14. Yeni Zenlandiya - 972$

15. Fransa - 962$

16. İspaniya - 962$

17. Niderland - 962$

18. Belçika - 962$

19. Avstriya - 951$

20. Almaniya - 951$

21. Meksika - 941$

22. Avstraliya - 926$

23. Hindistan - 902$

24. Çin - 899$

25. Böyük Britaniya - 898$

26. İsveçrə - 886$

27. Filippin - 885$

28. Sinqapur - 874$

29. Kanada - 855$

30. Malayziya - 846$

31. Hong Kong - 821$

32. Yaponiya - 815$

33. ABŞ - 815$

Mənbə: Rəsmi Apple Websaytı.