DİQQƏT: YouTube-a telefonla daxil olursuzuz ? You Tube-dan möhtəşəm özəllik gəlir.

Artıq YouTube-dan birbaşa olaraq videoları yükləmək münkün olacaq.


Uzun illərdir YouTube-un gözlənən özəlliyi nəhayət ki  rəsmi olaraq gəldi. İndi videoları birbaşa YouTube proqramı vasitəsilə yükləmək  mümkündür.YouTube-un çatışmamazlığı olaraq bilinən  "video download" indi rəsmi olaraq gəlir. Böyük ehtimalla  artan üçüncü tərəf saytları və istifadəçilərin digıər saytlara müraciət etməsi YouTube-un bu qərarı verməsinə səbəb olub. Artıq yaxın gələcəkdə   heç bir ödəniş ödəmədən, videoları istənilən keyfiyyətə telefonumuza yükləyə bilərik. Google ilk olaraq bu özəlliyi  Livan, Hindistan və İraqdakı Android istifadəçiləri üçün istifadəyə verdi. Bu özəllik qısa müddətdə ölkəmiz və bütün dünyada istifadəçilər üçün  aktiv olacaq. IOS istifadəçilərinin taleyi hələlik məlum deyil, lakin təxminlərə görə  iPhone və iPad istifadəçilərinin də bu özəllikdən istifadə edə biləcəkləri  gözlənilir.

Hələki bu özəllik yalnız mobil telefon istifadəçiləri üçün nəzərdə tutulub və bunun PC -lərə nə zaman tətbiq olunacağı məlum deyil.