Deyəsən, Apple dərsini tam almadı. Tarixin ən bahalı iPhone modelləri gəlir!

iPhone çox bahadır deyənlərə Apple "Hələ bu harasıdır?!" deyir.

Apple şirkəti böyük ümidlərlə bazara çıxarılan iPhone X flaqmanından gözlədiyini tam əldə edə bilmədi. Məhsulun yüksək qiymətlə bazara çıxarılması da tənqidlərə məruz qalmışdı. Hətta şirkətin məhsullarının qiymətini azaltmaq üçün təchizatçı şirkət Samsung ilə danışıqlara başladığını da əvvəlki yazımızda bildirmişdik. Amma hələ ən bahalı iPhone modellərinin 2018-ci ildə gələcəyi barədə iddialar səslənir.

Ən bahalı iPhone artıq iPhone X olmayacaq!

UBS analitikləri Steven MilunovichBenjamin Wilson tərəfındən bəyan edilən proqnozlara əsasən, orta satış qiymətləri analizlərinə görə 2018 iPhone modelləri 1100 dollar qiyməti ilə satışa çıxarıla bilər. Hələ üstəlik vergiləri və rüsumları da bu qiymətə əlavə etsək bu qiymətin haraya qədər qalxacağını siz təxmin edin. Hesabatda bildirilir ki, yeni iPhone ehtimal ki, yüksək qiyməti ilə gözləniləndən daha pis satıla bilər.

Ən keyfiyyətli smartfonlara sahib olmaq üçün çəkilən xərclər baxımından bu cihazlara pul xərcləyə bilən və bilməyən insanlar arasındakı boşluq getdikcə genişlənir. Bu mənada, 2018-ci ildə daha bahalı iPhone modelləri qiymət baxımından seçici davranan insanları bu innovasiyalardan uzaq tutacaq.

Bahalı iPhone modellərinin qiymətini sabit saxlamaq məqsədilə Apple-ın ötən ilki iPhone ES kimi daha ucuz alternativləri bazara çıxaracağı proqnozlaşdırılır.

Analitiklərin hesabatına əsasən, Apple belə bir strategiya ilə çıxış edəcək:

- Qiymət əyrisini aşağı salmaq üçün ekran ölçüsü, kamera və başqa xüsusiyyətlərin aşağı olduğu telefonları da təqdim etmək

- Premium müştəriləri daha yüksək qiymətlər olan qiymət əyrisinə cəlb etməklə, daha bahalı məhsulları onlara sata bilmək

- Bir tərəfdən yeni xüsusiyyətlərə sahib yüksək qiymətli məhsullar dəsti yaratmaq, digər tərəfdən isə köhnə cihazları ilə ucuz məhsul bazarlarına daxil olmaq  

Ehtimallara əsasən, 6.5 düym OLED iPhone 1100 dollar, 5.8 düym OLED iPhone 999 dollar və 6.1 düym LCD iPhone 700-800 dollar aralığında satışa çıxarılacaq. iPhone SE 350 dollar qiymətilə satılır və modelin də qiymətinin 300 dollara qədər azalacağı qeyd edilir. Hətta yeni nəsil SE modelləri də təqdim edilə bilər.

Şirkətin işi çox çətindir. Həm bahalı məhsul təqdim etmək, həm də müştəriləri bu məhsulu almağa razı salmaq. Görək bu işin sonu necə olacaq.