Dell-in yeni Precision 5530 notebook modeli.


Dell yeni Precision 5530 notebook-nu təqdim etdi. Bu model biznes sinfine aiddir. Yeni model Precision 5530 2in1 özəlliyinə sahibdir. Yəni bu notebook rahatlıqla bükülə və qatlana bilir. Texniki xüsusiyyətləri isə bu modeli daha cəlbedici edir. 4K, 100% Adobe RGBİnfinityEdge xüsusiyyətinə malik 15.6 düym ekranla təchiz edilib.

Prosessor isə İntel 8-ci nəsildir. Amma Xeon prosessorlarından istifadə edilmiş növləri də var. Ekran kartı  AMD Radeon RX Vega M qrafikdən yüksəldilib Radeon Pro WX Vega M GL qrafikə. Bu ekran kartının əvəzinə müştərilər Nvidia Quadro P2000 seçə bilərlər.

 

Yeni Precision 5530 modelində MagLev klaviatura yerləşdirilib. Bu özəlliklər isə notebook-u daha gözəl edir. Biznes sahibləri və ya işi hərəkətli olan insanlar üçün bu notebook əvəzedilməzdir. Yeni Precision 5530 modeli 1449$-dan başlayacaq. Satışa təqdim edilmə tarixi isə mayın 22-si olacaq. Amma 2in1 modeli isə iyul və ya avqust ayında satışa təqdim ediləcək.

MagLev klaviatura