Chevrolet Camaro 2019 yeni dizayn və daha çox texnologiya ilə gəldi!

Chevrolet Camaro 2019 modeli artıq yeniləndi. Hava paneli və salonun yenilənməsi ilə bərabər avtomobil Turbo 1LE adında yeni performans dəstəkləyicisinə sahib oldu.

Avtomobilə daha aqressiv bir görünüş qatan qabaq hava paneli Chevrolet-in bildirdiyinə əsasən “performansa yönəlik bir dizayn”a  sahibdir. Genişləndirilmiş bu hava panelləri sayəsində hava axını yaxşılaşdırılıb. Aşağıda şəkillərini gördüyünüz SS modeli həm cazibədar görünüşə sahibdir, həm də motoru dəqiqədə əlavə 2.5 kubmetr hava ilə bəsləyən "Flowtie" dizaynına malikdir.

1967 Penske-Donohue Camaro Trans-Am yarış maşınına xitabən maşına əlavə edilən Riverside mavi rənginin də daxil olduğu bir çox rəngə sahib olan Camaro yeni görüntüyə sahib 2 ölçülü kənarlar ilə təchiz edilib. Parlaq LED ön fənərlar və qaraldılmış və yenilənmiş arxa fənərlar isə dizaynı yeniləyən digər detallardır.

Camaronun salonunda da bəzi dəyişikliklər edilib. Yeni mühitə uyğun işıqlandırma, arxa görüntü kamerası güzgüsü, Infotainment 3 məlumat əyləncə sistemi, daha yaxşı qrafika, inkişaf etdirilmiş Bluetooth əlaqəsi Camaro-da olan yeniliklərdəndir.

Mexanika tərəfində ən böyük yenilənmə isə performans mərkəzli SS modelinə gətirildi. V8 mühərriki olan idman maşını xüsusi çəkim gücünə sahib olan 10 qabaqcıl avtomatik sürət ötürücüsü qutusuna və line lock (ön əyləclərin arxa əyləclərdən asılı olmadan kilidlənməsilə maşının hərəkət etmədən ani dayana bilməsi) xüsusiyyətinə qovuşub. Digər ötürücü qutu seçimi isə 6 ədad mexaniki sürət ötürücü qutudur.

Yeniliklərdən bəlkə də ən önəmlisi isə 4 silindrli motora sahib olan Turbo 1LE paketidir. Standart Camaro ilə eyni olan 2 turbo benzinli motordan istifadə edən avtomobil 270 at gücü 400 nyutonmetr tork yarada bilir. Bütün bu güc sadəcə olaraq 6 qabaqcıl mexaniki ötürücü sürət qutusu vasitəsilə işə salına bilir. Turbo 1LE-də xüsusi nizamlı amortizasiya, 50:50-yə yaxın ağırlıq bölgüsü və performans məlumatları, çəkim nəzarəti, sürət keçidi işıqları kimi bir çox xüsusiyyətə çıxışı təmin edən yeni TrackCompetition idarəetmə rejimi də mövcuddur.

Yeni Camaro 2019 bu il bazara çıxarılacaq. Hələ ki, qiymətlər açıqlanmasa da, 1LE-nin qiymətinin Amerikada 30-35 min dollar arasında dəyişəcəyi gözlənilir. Chevrolet yeni təchizat paketi ilə Honda Civic Type R, Volkswagen Golf R Hyundai Veloster N kimi modelləri qarşısına hədəf qoyacaq kimi görünür.