Çərçivəsiz ekrana sahib olan 5 smartfon

Bu xəbərdə sizlərə ekran/gövdə nisbəti ən yüksək olan 5 smartfonu təqdim edirik.
Smartfon bazarında istifadəçilərin ən böyük xəyalı olan çərçivəsiz ekran artıq bu ilin bir çox yuxarı seqment modellərində görünür. İlk dəfə Xiaomi Mi Mix ilə başlayan çərçivəsiz ekranlı smartfonlar seriyası bu ilin digər məşhur firmalarının cihazları ilə də davam etdi.

Aşağıda çərçivəsiz ekranlı 5 smartfonun yer aldığı siyahı ilə tanış ola bilərsiniz. Siyahıda smartfonlar ekran/gövdə nisbətinə görə sıralanıb.

1. Essential Phone - 85%

Çərçivəsiz ekrana sahib olan 5 smartfon

Android-in qurucularından olan Endy Rubinin Essential Phone adlı smartfonu 85%-lik ekran/gövdə nisbəti ilə siyahıya liderlik edir.

2. Xiaomi Mi Mix - 84%

Çərçivəsiz ekrana sahib olan 5 smartfon

Xiaomi-nin ötən ilə öz möhrünü vuran Mi Mix modeli hər nə qədər də "çərçivəsizdir" deyilsə də 90%-lik ekran/gövdə nisbəti ilə çərçivəsiz sayılmır. Xiaomi Mi Mix-in təqdimatında onun ekran/gövdə nisbətinin 90% olduğu deyilsə də, əslində bu rəqəm 84%-dir.

3. Samsung Galaxy S8 - 84%

Çərçivəsiz ekrana sahib olan 5 smartfon

Qabaqcadan verilən məlumatlar özünü doğrultdu və Samsung Galaxy S8 80%-in üstündə ekran/gövdə nisbəti ilə satışa çıxdı. Bu göstərici ötən ilki Galaxy S7 modelinə görə böyük irəliləyiş idi.

4. Samsung Galaxy S8+ - 83%

Çərçivəsiz ekrana sahib olan 5 smartfon

Galaxy S8 modelinin daha böyük versiyası sayılan Galaxy S8+ 83%-lik göstərici ilə siyahıda 4-cüdür. Galaxy S8+ modelində də ekran ölçüləri 18:5:9 nisbətinə uyğun gəlir.

5. LG G6 - 79%

Çərçivəsiz ekrana sahib olan 5 smartfon

LG G6 79,46%-lik göstərici ilə rəqiblərindən biraz geridə qalsa da satışdakı digər yüzlərlə smartfondan daha incə çərçivələrə sahibdir. Nisbətən kiçik və incə gövdədə böyük bir ekranın yerləşdirildiyi smartfon olduqca kompakt bir görünüşə sahibdir.