Bu telefonlarda WhatsApp istifadəsi ləğv olunacaq.

Ən çox istifadə olunan ünsiyyət tətbiqi olan Whatsapp 31-dekabr 2017-ci ildən bu telefonlarda istifadə olunmayacaq.

WhatsApp 30 İyun 2017 ci il  tarixindən etibarən bəzi telefon modellərinin mesaj göndərmək və mesaj almaq funksiyasının ləğv olunduğunu açıqlamışdı. Bundan sonra WhatsApp başqa bir açıqlama etdi və bəzi telefonlarda WhatsApp tətbiqinin istifadəsinin ləğvi tarixi uzadıldı. Buna görə Nokia S40, BlackBerry OS və BlackBerry 10 telefonlarında WhatsApp tətbiqinin istifadəsinin ləğvi 31 dekabr 2017-ci ilə qədər təxirə salınmışdır.

WhatsApp rəsmiləri bu qərarı qəbul etməyin onlar üçün çox çətin olduğunu söyləyərək, yüksək əməliyyat sistemləri ilə işləyən cihazların WhatsApp-dan tam istifadə edə biləcəklərini qeyd etdilər. 31 dekabr 2017-ci il tarixindən etibarən WhatsApp-dan istifadəsi ləğv olunacaq platformların tam siyahısı:

- BlackBerry OS ve BlackBerry 10

- Iphone 3GS/iOS 6

- Nokia Symbian S60

- Android 2.1 ve Android 2.2

- Windows Phone 7