Bu dəfə Elon Musk inşaat sahəsində yenilik etməyə hazırlaşır.

Tesla və SpaceX şirkətinin CEO-su Elon Musk yenidən maraqlı bir layihə ilə gündəmi ələ alıb.

Elon Musk həyata keçirdiyi layihələrinin arasına birini də əlavə etmək niyyətindədir.
Elonun yeni layihəsi "Lego evlər" haqqındadır. Əksəriyyətin uşaqkən oynadığı lego formalı fiqurlardan söhbət gedir. Legoları böyük ölçüdə dizayn edəcəyini deyən Musk onların inşaat sektorunda istifadəsinin yararlı olacağını bildirib.

Elon Musk bunu twitter hesabında paylaşıb.
Elon Musk Twitter hesabında ABŞ-ın KaliforniyaMerilənd əyalətlərində tunellər inşa edən Boring Company-in çıxardığı qayalardan əsl ölçüdə binalar və heykəllərin inşası üçün istifadə olunacaq lego quruluşlu daşları istehsal edəcəyini deyib. Musk mesajında "Boring Company yeni lisenziyalı məhsullar istehsal edəcək. Tunel qazıntılarından çıxan qayalardan bir-birinə keçirilən kərpiclər istehsal olunacaq. Bunlar həqiqi ölçüdə bina və heykəllər inşa etmək üçündür. Çox möhkəm ancaq ortası boş olduğundan kərpiclər ağır deyil. " deyə bildirib.

Musk istehsal olunacaq ilk kərpiclərin qədim Misir stilində olacağını və bununla Sfinks və digər ehramları yenidən inşa etməyin mümkün olacağını deyib.
Dəqiq və rahatlıqla quraşdırılan bu yeni kərpiclərlə hər gün yeni bir ev inşa edilə bilər.
Qeyd edək ki, son bir neçə ay ərzində Musk “Boring Company”-ni maliyyələşdirmək üçün alov silahları sataraq 100 saat ərzində 20 min ədəd satışdan 10 milyon dollar gəlir qazanıb.