Batareya performansı cəhətdən üstün olan ilk 5 smartfon modelini seçdik!

Telefonunuz enerjiyə qənaət etmir? Sizə təqdim edəcəyimiz xəbərdə batareya ömrü ən uzun olan 5 telefon modelini seçdik.

 

 Sizlərə batareya ömrü  ən uzun  olan 5 telefonu təqdim edirik.
.

Yeni flaqmanlar arasında aparılmış batareya testləri nəticəsində batareyanın idarə olunması ilə bağlı ən uğurlu modellər müəyyən edilmişdir.Telefonlar arasında test aşagıdakı qaydada aparılmışdır

Maksimum ekran parlaqlığı və Wi-Fi ilə hər bir telefonda 90 dəqiqəlik Full HD video izləmə  testi keçirildi və 90 dəqiqənin sonunda  telefonun batareyasının istifadəsinin idarə olunmasına görə ən uğurlu modellər müəyyən edildi  
Batareya ömrü ən uzun 5 telefon


Huawei Mate 10 Pro

Aparılan testdə Mate 10 Pro 90 dəqiqənin sonunda yalniz yüzdə 9 faiz enerji itirərək 1-ci yerdə qərarlaşdı.

Batareya: 4000 mAh

* Əla dizayn
* Kamera
* Sinifi  üçün aparıcı batareya qənaəti
* Qulaqlıq girişi yoxdur


BlackBerry Motion

 Təccüblü də olsa 2-ci yedə BlackBerry Motion  olduğunu söyləyə bilərik. 4000 mAh-lik bir enerji  gücüylə  BlackBerry Motion test nəticəsində 10%  enerji itirdi.

Batareya: 4000 mAh

* Suya davamlıdır
* Programlanması mümkün olan düymələr
* Uzun batareya ömrü
* Kamera

iPhone X

Apple-ın 2017-ci ilin  möhtəşəm seriyası olan  iPhone X  Face ID və digər texnologiya  pərəstişkarlarını sevindirdi. Aparılan testdə 11% enrji sərfi ilə 3 -cü yerdə qərarlaşdı.

Batareya: 2716 mAh

* Böyük ekran
* Üstün, güclü dizayn
* TrueDepth kamera
* Ən bahalı flaqman

Samsung Galaxy S8

Samsung Galaxy S8 bir il əvvəl həm biz, həm də istifadəçilər tərəfindən  böyük maraqla qarşılanmışdı. Galaxy S8-in batareya testində aldığı nəticə isə, yüzdə 11-dir.  iPhone X ilə əslində 3-cü yeri paylaşan  Galaxy S8 siyahıda  4-cü sırada qərarlaşdı.

Batareya: 3000 mAh

* Böyük ekran
* Kamera
* Proqram və performans
* Barmaq izi sensoru


LG V30 +

LG-nin V30 + modeli də 3300 mAh tutumunda batareyasıyla  ən geniş batareyalı modellərindən  biridir. Bununla birlikdə testin nəticəsi 13 faizdir.  LG V30 +  siyahıda  5-ci yerdədir

Batareya: 3300 mAh

* Əla  dizayn
* Geniş xüsusiyyətlər
* Yaxşı kamera
* Ekran görüntüləmə bucağı