Bakteriyadan batareya icad etdilər!

Amerikalı araşdırmaçılar tərəfindən hazırlanan batareya bakteriyalardan ibarətdir ! Günümüzün böyük problemlerindan biri olan batareya problemi tarixə qovuşur!
Amerikalı araşdırmaçılar tərəfindən hazırlanan batareya bakteriyalardan ibarətdir ! Günümüzün böyük problemlerindan biri olan batareya problemi tarixə qovuşur ! Batareyalar günümüzün ən böyük problemlərindən biridir . Qısa ömürlü olmaları və təbiətə ciddi mənada zərər verməsi səbəbi ilə insanları alternativ həllərə yönəldən batareyaların sonu gəlmiş ola bilər. New Yorkda olan Binghamton Universitetinin nəzdində fəaliyyət göstərən bir qrup tədqiqatçı tərəfindən inkişaf etdirilən yeni batareyalar bakteriyalardan yaradılır . Xüsusi bakteriyalarla dolu bir mayenin kromatoqrafi kağızı üzərində bir müddət gözləməklə əldə edilə bilən bu batareyalar ölçüləri ilə təəccübə səbəb olur .
Günümüzdəki batareyalardan fərqli olaraq istehsal xərci cəhətdən də üstünlüyü əlində saxlayan bu yeni nəsil batareyaların gələcəkdə kütləvi tətbiqi istisna edilmir . Bu batareyalarla hələlik kiçik ölçülü cihazları enerji ilə təmin etmək mümkün olsa da qısa müddət içərisində ağıllı telefonlarımızın bu batareyalar ilə şarj olunacağı gözlənilir . 2017-ci ilin ilk aylarında bazara təqdim edilməsi gözlənilən bu batareyaların bir neçə il içərisində daha da inkişaf etdirilərək yayılması gözlənilir.