Artıq İnstagram-da istəmədiyiniz şərhləri öncədən qeyd edib yazılmasını əngəlləyə bilərsiniz.

İnstagram-dan şərhlərə avtomatik əngəl!
İnstagram digər sosial şəbəkələrdə (məs. Twitter) olduğu kimi çox sayda saxta istifadəçilər ilə dolu deyil. Lakin İnstagram-da da saxta adlar ilə açılmış hesablar mövcuddur. Bu problemləri həll etmək üçün səy göstərən İnstagram şərhləri avtomatik olaraq əngəlləmək üçün yeni bir özəlliyi təqdim edib.

Bu yeni filtr həm paylaşımlarda, həm də canlı yayımlarda işləyir və təhqir və ya narahat edici hesab etdiyi şərhləri avtomatik əngəlləyir. Bu özəlliklə yanaşı yeni bir spam filtri də tanıdıldı.

Artıq İnstagram-da istəmədiyiniz şərhləri öncədən qeyd edib yazılmasını əngəlləyə bilərsiniz.

Yeni şərh filtri ilk vaxtlar yalnız ingilis dilində işləsə də, spam filtri ispan, portuqal, ərəb, fransız, alman, rus, yaponçin dili olmaqla 9 fərqli dildə insanlara xidmət edəcək. İnstagram bu yeni özəlliklərin zamanla daha da inkişaf etdiriləcəyini deyərək ilk zamanlarda filtrlərin çox da effektiv olmayacağını bildirib. Əgər şərhlərin avtomatik bloklanması mövzusunda "komputer beyninə" güvənmirsinizsə tənzimləmələr bölməsindən bu özəllikləri söndürə bilərsiniz.