Apple yeni cihazlarını USB Type-C ilə təqdim edə bilər.

Apple ən son model məhsullarında USB Lightning-dən istifadə edib. Yayılan xəbərlərə görə isə Apple artıq yeni cihazlarında USB Type-C-dən istifadə edə bilər. Yəni yeni cihazlarda olan adapterlər USB Type-C olacaq. Yeni cihazlarda olan kabellər isə USB Lightning- USB Type-C olacaq. Təqdim ediləcək yeni adapterlər 18W enerji gücünü cihazlara ötürə biləcək. Bu isə yeni nəsil cihazların sürətli enerji yığacağını göstərir.

Apple-in iPhone 8, 8 Plus, X modellərin sürətli enerji yığmağı dəstəkləyir və həmçinin bu modellər Qi naqilsiz enerji yığa bilirlər. Sizə tövsiyə olaraq bildirmək istəyərik ki, cihazlarınızı enerji ilə dolduran zaman original adapterlərdən istifadə edin, digər qeyri-original adapterlərdən istifadə həm sizin üçün həmdə cihazınız üçün təhlükəli ola bilər.