Apple-ın sürücüsüz avtomobil istehsal etmək planı



Dünyanın ən qabaqcıl texnologiya şirkətlərindən olan Apple sürücüsüz avtomobil istehsal etmək üçün sərmayə etdiyini açıqladı . ABŞ-da nəqliyyat sahəsindəki tənzimləyici təşkilatlara göndərdiyi məktubda Apple "nəqliyyat da daxil olmaq üzrə bir çox sahədə avtomatik sistemlərin potensialından həyəcan duyduğunu" ifadə etdi. Şirkət həmçinin "öz-özünə gedə bilən avtomobillərin ictimai həyatda əhəmiyyətli rolları olacağını" da söylədi. Uzun zamandır Apple-ın sürücüsüz avtomobil istehsal etmək planları üzərində çalışdığı danışılırdı. Ancaq şirkət bu günə qədər bu iddiaların doğruluğunu qəbul etməmişdi. Bununla birlikdə Apple internetdə apple.car və apple.aut kimi domain adlarını satın alıb . Apple-ın Məhsul Bütövlüyü Direktoru Steve Kenner tərəfindən qələmə alınan beş səhifəlik məktubda sürücüsüz avtomobillərin testləri mövzusunda tənzimləyici təşkilatların çox qayda qoymaması lazım olduğu vurğulandı. Məktubda avtomobil sektorunda olan istehsalçılar ilə bazara yeni girənlərin bərabər rəftar görməsinin lazım olduğu da ifadə edildi.