Apple-ın Shazam-ı satın alması ilə bağlı istintaqa başlanıldı!

Avropa rəqabətdən narahatdır.

Avropa Komissiyası Avropa Birliyi tərəfindən  BMT çərçivəsində Shazam-ın Apple tərəfindən satın alınması iddiası ilə bağlı istintaq işinə balşladı. Komissiyanın nümayəndəsi bu birləşmənin musiqi xidmətindən istifadə edənlərin seçimlərini azaltmasına görə narahatlıq hissi keçirdiklərini bildirib.

Fevral ayında Avstriya, Fransa, İslandiya və İspaniya daxil olmaqla bir çox ölkələr Avropa Komissiyasına bu satınalmanın Avropa Birliyinin “Birləşmə qanunu” ilə icazə verildiyini müəyyənləşdirmək üçün satın alma prosesinin qiymətləndirməsi üçün müraciət etdi. Bunun əsasında da istintaq işi başladan Avropa Komissiyası sentyabrın 4-nə qədər qərar qəbul edəcək.

Margrethe Vestager / AB Rəqabət kommisioneri

Rəqabət siyasəti üzrə məsul şəxs Margrethe Vestager rəqəmsal musiqi sənayesində iki böyük şirkətin birləşməsinin istehlakçı seçimlərinə mənfi təsir etməsinə görə narahat olduqlarını bildirsə də, bu istintaqın altında əslində bir güc müharibəsi yatır. ABŞ mərkəzli bir şirkətin İngiltərə mərkəzli bir şirkəti satın alması ABŞ-ın yaxın gələcəkdə qlobal musiqi bazarına daha çox hakim olması Avropanın hakim qüvvələrini narahat edir.

Komissiya Shazam-ın satılmasından sonra Apple-ın Avropa İqtisadi Zonasındakı musiqi yayımı xidmətlərini satmaq üçün rəqiblərinin müştəriləri ilə bağlı vacib məlumatları əldə etməsindən narahatdır.

Əgər Apple bu məlumatları əldə edibsə, bu zaman rəqiblərinin müştərilərini öz hədəf kütləsinə əlavə etməklə onları Apple Music-ə keçməyə təşviq edə bilər. Nəticə etibarilə, rəqib musiqi yayımı xidmətləri rəqabət baxımında əlverişsiz vəziyyətə düşə bilər.

Apple Music son 3 ildə Avropada ikinci ən böyük musiqi yayım xidmətinə çevrilib. Apple isə ötən ilin dekabrında əslində 1 milyard dollar qədər dəyərə sahib olan və dünya miqyasında mobil cihazlar üçün qabaqcıl musiqi tanıma tətbiqini 400 milyon dollara satın almışdı. Qeyd edək ki, Shazam artıq Apple-ın Siri texnologiyası ilə tam inteqrasiya olunub və Apple gələcəkdə onu öz ARKİt - artırılmış reallıq texnologiyası ilə əlaqələndirməklə rəqabətdə öz rəqiblərini sıxışdıra bilər.