Apple buruq şüşə ekran patentini aldı !



Apple Samsung-un cihazlarında istifadə etməyə başladığı buruq ekranları, irəliləyən zamanda Apple-da istifadə edə bilər. Cənubi Koreya texnologiya şirkəti Samsung ilə çəkişməli rəqabətdə olan ABŞ mərkəzində yerləşən Apple, rəqibini hiddətləndirəcək bir hücum etdi. Belə ki, Apple ilk dəfə Samsungun cihazlarında istifadə etməyə başladığı buruq şüşə ekran patentini aldı. Sentyabr ayında təqdimatı gözlənilən iPhone 7-də buruq ekrandan istifadə olunması gözlənilmir, ancaq, 2017-ci ildə təqdimatı gözlənilən iPhone 8-də buruq şüşə ekranlardan istifadə ediləcəyi iddiaları texnologiya dünyasında dolaşır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .