Apple Netflix-i satın alır?

Apple texnologiya dünyasında maraq oyadacaq bir ilkə imza atmaq istəyir

Media provayderi Netflix ABŞ-ın texnologiya nəhəngi Apple-ın radarında. Şirkətə yaxın mənbələrə əsaslanan iddialara görə, Apple Netflix-i almaq fikrindədir.

ABŞ-ın texnologiya nəhəngi Apple 2018-ci ilin ən böyük satınalmalarından birinə imza atmağa hazırlaşır. Şirkətə yaxın mənbələrə əsaslanan iddiaya görə, Apple 250 milyard dollara yaxın məbləğ ilə Netflix-i tərkibinə qatmaq istəyir. İddia sahibləri məşhur bank analizçiləri (Citi Group) Jim Suva və Asyia Merchantdır.

Azərbaycanda da Netflix-in hazırladığı seriallara baxanlar yetəri qədərdir:

Google Trends-dən məlumatlara baxdıqda isə Azərbaycanda ən çox baxılan Netflix serialı Sherlock Holmes-dur.

Onlar iddia edirlər ki, ABŞ prezidenti Trump-ın vergi ödəyicilərinə endirim ilə bağlı sərəncamdan istifadə edərək Apple 2018-ci ildə Netflix-i alacaq. 2018-ci ilin ilk böyük texnologiya nikahı olacaq bu hadisə barədə hələ ki, bir açıqlama gəlməyib.