Apple 1 milyard iPhone satdı !

Tim Cook Applenin uğurlarını işçiləri ilə paylaşa bilmək üçün bir yığıncaq təşkil etdi və bu haqda danışdı . "IPHONE dünyanı dəyişdirdi" Çıxışında iPhone-un tarixin ən müvəffəqiyyətli cihazlarından biri olduğunu və dünyanı dəyişdirdiyini deyən Tim Cook bütün Apple işçilərinə bunun üçün təşəkkürlərini çatdırdı. İlk olaraq 2007-ci ildə satışa təqdim edilən iPhone-un sayı yalnız 9 nəsildə 1 milyardı keçməyi bacardı. Ağıllı telefonun satışlarının 6 aydır enişdə olduğu bir kənara qoyularsa, bu olduqca böyük bir müvəffəqiyyət hesab olunur .